HƏMAS: Ardıcıl altı ay döyüşmək gücümüz var

QafqazTimes xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun üzvü Zahir Cabbarin Əl-Məyadin ilə müsahibədə sionist rejimə qarşı Cenin müqavimət qruplarının birliyinə təkid edərək deyib: “HƏMAS hərəkat rəhbərliyi səviyyəsində Cenindəki vəziyyəti izləyir və düşmənin istənilən addımlarına nəzarət edir.”

O, həmçinin sionistlərin Ramazan ayının 15-də Məscidül-Əqsaya hücum planına toxunaraq deyib: “Bu, sionist düşmənin edə biləcəyi ən təhlükəli işdir.”

Cabbarin həmçinin deyib: “Biz qüvvələrimizi və texnikamızı düşmənlə mübarizə üçün hazırlamışıq və ardıcıl altı ay döyüşmək üçün gücümüz var. Biz bu döyüşü yetmiş ildən artıqdır aparırıq. Çünki işğalçı rejim İordan çayının qərb sahilinin bütün şəhərlərində və 1948-ci ildə işğal olunmuş ərazilərdə və Qəzza zolağında xalqımızı, qəhrəmanlarımızı qətlə yetirir və cavanlarımızı həbs edir və mümkün olan hər cür cinayəti törətməkdən çəkinmir.”

HƏMAS rəsmisi deyib: Biz müqavimət qrupları yüksək səviyyədə və Birgə Əməliyyat Otağında Fələstin ərazilərindəki mövcud vəziyyəti izləməkdəyik.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!