Çin Təl-Əvivə casusluq iddiaları ilə bağlı ciddi xəbərdarlıq edib

QafqazTimes xəbər verir ki, İsrail mənbələri çərşənbə axşamı axşam saatlarında İsrail kəşfiyyatı və daxili təhlükəsizlik xidmətinin (Şabak) Pekinin Təl-Əvivə qarşı casusluğu ilə bağlı irəli sürdüyü iddiaların iki tərəf arasında diplomatik gərginliyə səbəb olduğunu bildiriblər.

Sionist rejimin kəşfiyyat və daxili təhlükəsizlik idarəsi dünən Çin səfirliyini İsrail nazirliklərinə casusluq cəhdində ittiham edib. İbrani mənbələri bildiriblər ki, Çin səfirliyi Pesah bayramı münasibətilə İsrailin bir sıra nazirliklərinə hədiyyə olaraq şokoladlı fincanlar göndərib ki, bu fincanlarda dinləmə cihazının yerləşdirildiyi iddia olunur.

Ərəb 48 xəbər saytı İsrailin 12 telekanalına istinadən xəbər verir ki, Çin Təl-Əvivə xəbərdarlıq edib ki, Təl-Əviv rəsmi bəyanatlarında Pekinin İsrail nazirliklərinə casusluq etdiyinə dair iddiaları təkzib etməsə, bu, ikitərəfli münasibətlər üçün ağır nəticələrə səbəb olacaqdır.

Kanal 12 daha sonra Çinin Təl-Əvivdəki səfirliyinin həm İsrail nazirliklərinə, həm də işğal olunmuş ərazilərdəki bir sıra özəl təşkilat və qurumlara fincanlar göndərdiyini qeyd edərək əlavə edib ki, İsrail Xarici İşlər Nazirliyinə Tel-Əvivdəki bir neçə səfirlik rəsmisi tərəfindən telefon zəngləri daxil olub ki, bu zənglərdən birində bir Çin rəsmisi Çinin Təl-Əvivdə casusluğu ilə bağlı iddiaların tamamilə əsassız olduğunu vurğulayıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!