İslami Cihad: İşğalçı rejimə heç bir şans verməyin

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatı öz bəyanatında İordan çayının qərb sahili, işğal olunmuş Qüds, işğal olunmuş digər ərazilər və Qəzza zolağında yaşayan bütün fələstinliləri öz torpaqlarına bağlı olduqları və onu müdafiə etdikləri, eləcə də hər cür içğalçılıq, məskunlaşma, ilhaqla mübarizə apardıqları üçün alqışlayıb.

Bəyanatda deyilir: “Ərazilərimizdəki işğalçı rejimi legitimləşdirmək üçün hər hansı bir kompromis cəhd heç vaxt nəticə verməyəcək və heç bir konfrans, görüş və ya iclas düşməni Fələstin torpağında möhkəmləndirə bilməz. Çünki bu torpaqların əsl sahibləri dərin köklərə malikdirlər və nəyin bahasına olursa-olsun, burada möhkəm qalacaqlar.”

“Fələstin Əl-Yovm” telekanalının məlumatına görə, İslami Cihad “Yer günü”nün qırx altıncı ildönümü ilə bağlı verdiyi bəyanatda işğalçı rejimin Fələstinin tarixi torpaqlarının 85%-dən çoxunu hələ də nəzarətdə saxladığını və digər əraziləri də ələ keçirmək üçün əlindən gələni əsirgəmədiyini bildirib.

Hərəkat həmçinin ərəb və İslam ümmətini ərəb dünyasının əsas məsələsi olan Fələstin məsələsinə bir daha əhəmiyyət verməyə və Fələstinli qaçqınlar geri qayıdana və qəsb edilmiş torpaqlar azad olunana qədər Fələstin xalqının qəsbkar rejimlə mübarizəsini dəstəkləməyə çağırıb.

İslami Cihad həmçinin 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərini vəhdətlərini gücləndirməyə, torpaqlarını müdafiə etməyə və işğalçı rejimə heç bir şans verməməyə çağırıb.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…