“İslami Cihad” hərəkatının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Əl-Mənar telekanalının məlumatına görə, görüşdə Fələstindəki son hadisələr və 1948-ci ildə işğal olunmuş ərazilər daxilində cihadçıların əməliyyatları və son bir neçə gündə həyata keçirilən əməliyyatlarla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 27 yaşlı fələstinli gənc çərşənbə axşamı axşam saatlarında Təl-Əvivin Bney-Brak bölgəsində sionist mühacirləri atəşə tutaraq ən azı 5 sionisti öldürüb və 6 nəfəri yaralayıb.

Fələstin İslami Cihad Hərəkatının baş katibi və Livan Hizbullahının baş katibi regional və beynəlxalq hadisələrin fonunda bölgədəki vəziyyəti ümumi dəyərləndirərək bu proseslərin, xüsusilə Fələstin məsələsinə təsirləri barədə fikir mübadiləsi ediblər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!