Niderland parlamentariləri Zelenskini dinləmədi!

QafqazTimes.com sm.news-a istinadən xəbər verir: Niderland  parlamentinin Demokratiya uğrunda forum partiyasından (Forum voor Democratie) nümayəndləri Ukrayna prezidentinin Niderland parlamentində videoçıxışını dinləməkdən imtina edib. Nümayəndələr deyib: Zelenskini müqəddəs saymaq sadəlövhlük, hətta  cəfəngiyyatdır. O, Ukraynada  11 partiyanın fəaliyyətini qadağan edib. Tənqidi çıxış edən telekanallar qapanıb. Qalan telekanallar 24 saat hakimiyyəti təbliğ edir. Zelenskinin adı şübhəli Panama dosyesində hallanır. Eyni zamanda Ukrayna hərbçiləri tez-tez nasist simvollarla çıxış edir.

BMT-nin insan haqları üzrə komissarının rəsmi təmsilçisi Elizabet Trossel Ukraynada partiyaların qadağan edilməsinə etiraz edib.

Beləcə, Zelenskinin parlamentlər turnesi Niderlandda ilişib. Bir dövət başçısının müxtəlif ölkə parlamentlərində ardıcıl çıxışları dünya təcrübəsində ilk sayıla bilər.  

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…