İranın XİN Suriyada rəsmi səfərdə

QafqazTimes xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian yüksək səviyyəli nümayəndə heyətinin başında Suriyanın yüksək səviyyəli rəsmiləri ilə regional və beynəlxalq hadisələrlə bağlı danışıqlar aparmaq və ikitərəfli münasibətləri gücləndirmək üçün Dəməşqə səfər edib.

Naziri hava limanında Suriya xarici işlər naziri Feysəl əl-Miqdad və Suriya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri qarşılamışlar. Mehdi Sübhaninin qarşılanma mərasimində İranın Dəməşqdəki səfiri də iştirak edib.

Suriya Xarici İşlər Naziri elan edib: Bu səfər iki ölkəni maraqlandıran məsələləri və bölgədəki hadisələri müzakirə etmək üçün mühüm bir fürsətdir. Biz region ölkələri arasında, o cümlədən İran və ərəb ölkələri arasında müsbət əlaqələrin yaranmasında maraqlıyıq. Bizim aramızda regional və beynəlxalq səviyyədə əməkdaşlıq davam edir.

Digər tərəfdən, Əmir Abdullahian isə deyib: “Biz iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə prioritetlərin başında duran iqtisadiyyat sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib fikir mübadiləsi aparacağıq.”

O, əlavə edib: Suriya və İran eyni səngərdədir və İran hökuməti və Suriya xalqını dəstəkləyir və iki ölkə arasındakı münasibətlər ən yaxşı vəziyyətdədir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?