Taliban Əfqan şəxsiyyətlərini geri qaytarmaq niyyətindədir

Taliban sözçüsünün müavini Ənamullah Səmənqani “Əfqan şəxsiyyətləri ilə əlaqə və geri dönüş” komissiyasının işə başladığını açıqlayıb.

O, əlavə edib ki, komissiya xaricdə olan siyasi xadimlər və digər əfqan şəxsiyyətlərilə söhbət etmək və onların Əfqanıstana qayıtmasını təmin etmək missiyasına malikdir.

Taliban sözçüsünün müavini komissiyanın gündəliyi və ilk öncə hansı əfqan şəxsiyyətləri ilə əlaqə saxlanılacağı barədə ətraflı məlumat verməyib.

“Əfqan şəxsiyyətləri ilə əlaqə və geri dönüş” komissiyası Martın 16-da Şahabuddin Dilavərin rəhbərliyi ilə Taliban kabinetinin qərarı əsasında yaradılıb və tərkibinə Əmir Xan Möttəqi, Xeyrullah Xeyirxah, Əbdül Haq Vəsiq, Məhəmməd Xalid Hənəfi, Qari Fəsihuddin və Məhəmməd Ənəs Həqqani daxildir.

Qeyd edək ki, bu komissiyanın yaradılması Aİ-nin Əfqanıstandakı səfiri Van Brandt tərəfindən də müsbət qarşılanıb.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı