Fələstinli əsirlər İsrail həbsxanalarında ümumi etirazlara hazırlaşırlar

QafqazTimes xəbər verir ki, Fələstinli Əsirlərin İşi Üzrə Komitənin rəhbəri, fələstinli əsirlərin İsrail həbsxanalarında ümumi tətil etmək üçün hazırlıq gördüklərini açıqlayıb. Tətil cümə günü başlayacaq.

Əl-Aləm telekanalının məlumatına görə, Fələstinli Əsirlərin İşi Üzrə Komitənin rəhbəri Qədri Əbu Bəkr tətillə bağlı xəbərləri izləmək və işıqlandırmaq üçün xüsusi hüquq və media qrupunun yaradılacağını vurğulayıb.

Bundan əvvəl Fələstinin “Əl-Əsir” təşkilatı İsrail həbsxanalarındakı əsirlərin öz hüquqlarını bərpa etmək üçün 2004-cü ildən bəri ən böyük mübarizəyə hazırlaşdıqlarını açıqlamışdı.

Məlumata görə, etiraz dalğası 4400 məhbusun iştirakı ilə başlayacaqdır. Onlar vəziyyətin “Azadlıq Tuneli” əməliyyatından öncəki hala qayıtmasını tələb edəcəklər.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!