İran xarici işlər naziri: Sionist rejim Fələstin müqavimətinə tab gətirə bilməyəcək qədər zəifdir

QafqazTimes xəbər verir ki, sionistlərin Fələstinin müqəddəs məkanlarına ötən günkü (cümə) hücumundan sonra İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə arasında telefon danışığı olub.

Sionist hərbçilər dünən səhər (cümə) Məscidül-Əqsaya basqın edərək, bir çox fələstinli ibadətçini yaralayıb və həbs ediblər. Son məlumatlara görə, indiyədək 152 nəfər yaralanıb, 400 fələstinli isə həbs edilib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də sionistlərin Fələstinin müqəddəs məkanlarını işğal etməsini və Məscidül-Əqsada oruc tutanlara və ibadət edənlərə hücumunu pisləmiş və işğalçıların amansız və terrorçu addımlarının davam etməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Əmir Abdullahian bu telefon danışığında Fələstin və müqavimətin bütün şəhidlərinin xatirəsini ehtiramla yad edərək, sionist rejimin Məscidül-Əqsanın müqəddəs məkanını təhqir etməsini qətiyyətlə pisləyib.

O, bildirib: “Şübhəsiz ki, sionist rejim Fələstin xalqının qiyamına və “Qüds qılıncı” əməliyyatını ərsəyə gətirən müqavimətə tab gətirə bilməyəcək qədər zəifləyib.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı