“Kətaib Hizbullah”: Bölgədə sionistlərin əllərini kəsəcəyik

QafqazTimes xəbər verir ki, İraqın “Kətaib Hizbullah” hərakatı cümə günü Qüds və Məscidül-Əqsada baş verən hadisələrin ardınca bir bəyanat yayıb. Bəyanatda deyilir: “Məscidül-Əqsaya açıq aşkar hücum və düşmənin cinayətkar addımları yalnız azadlıq sevər fələstinlilər tərəfindən dayandırılacaqdır.”

Bəyanatın davamında deyilir: “Biz Məscidül-Əqsanın müdafiəsi üçün İraq və regionda sionistlərin əllərini kəsməyə hazırıq!”

Qeyd edək ki, sionist hərbçilər cümə günü səhər saatlarında Məscidül-Əqsaya hücum edərək 150-dən çox fələstinlini yaralayıb, 400 nəfəri isə həbs ediblər.

Fələstin müqavimət qrupları sionistlərin vəhşiliyinə cavab olaraq Qüdsdəki Əl-Əqsa məscidi və fələstinli soydaşlarını müdafiə etmək üçün silaha sarılmağa hazır olduqlarını vurğulayıblar.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…