Əl-Əqsa məscidinin xətibi sionistlər əleyhinə fətvasını təkrarlayıb

QafqazTimes xəbər verir ki, Məscidül-Əqsanın xətibi sionist əsgərlərin müqəddəs məkana qeyri-qanuni girişinə qarşı mübarizəyə çağıran fitvanı yenidən təkrarlayıb.

Məscidül-Əqsanın xətibi Şeyx Əkrəmə Səbri cümə günü bu müqəddəs məkan təhlükə altında olarsa, sionistlərlə mübarizəyə qalxmağın vacibliyini bildirən fətvasını bir daha xatırladıb.

Hücumlara münasibət bildirən Şeyx Səbri deyib: “Təəssüf ki, bu səhər biz sionist hərbçilərin Əl-Əqsa məscidinə hücumu zamanı ibadət edənləri odlu silahlarla hədəfə aldıqlarını gördük. Bu rejimin hücumları davam edir. Sionistlər Əl-Əqsa məscidini fələstinlilərdən tamamilə boşaltmağa çalışırlar.”

Əl-Nəşrə xəbər saytının məlumatına görə, Əl-Əqsa məscidinin xətibi sionistlərin hücumlarının davamı ilə bağlı xəbərdarlıq edərkən deyib: “Təhlükə anında Məscidül-Əqsaya getməyin lazım olduğu dini fətvanı yenidən xatırladırıq. Sionist rejimin işğalçı qüvvələri kiminsə orada namaz qılmağını qadağan etsələr belə, o, yenə də Əl-Əqsa məscidində namaz qılmağın və oturmağın savabını əldə etmiş olacaqdır.”

Əl-Əqsa məscidinin xətibinin öz fətvasını xatırlatmasının ardından Fələstinin bütün şəhərlərindən onlarla avtobusun Qüdsdəki Məscidül-Əqsaya getməyə hazırlaşdığı bildirilir.

Fələstin Qızıl Aypara Cəmiyyəti fələstinli gənclərin sionist ordusunun Məscidül-Əqsaya hücumunun qarşısını alması zamanı ən azı 90 fələstinlinin yaralandığını açıqlayıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!