İran və Rusiya prezidentlərinin ikitərəfli görüşü

QafqazTimes xəbər verir ki, ötən gün axşam (çərşənbə axşamı) Tehrana səfər edən Rusiya prezidenti Vladimir Putin hava limanına çatdıqdan dərhal sonra prezident aparatına gedərək İbrahim Rəisi ilə görüşüb.

Bu görüşdə iki ölkə arasında son dövrdə nəzərəçarpacaq dərəcədə inkişaf edən münasibətlərin son vəziyyəti nəzərdən keçirilərkən, tərəflər ikitərəfli münasibətlərdə, xüsusilə iqtisadiyyat, təhlükəsizlik, infrastruktur, enerji sahələrində yüksək inkişafdan məmnunluqlarını ifadə ediblər.

Eyni zamanda, tərəflər terrorizmə qarşı mübarizədə birgə uğurları xatırladaraq, yeni regional və qeyri-regional sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulamış və regionda müstəqil ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ciddi iradələrini ortaya qoymuşlar.

İbrahim Rəisi bu görüşdə iki ölkənin ikitərəfli münasibətləri inkişaf etdirmək iradəsini təqdirəlayiq adlandıraraq deyib: “Moskva və Aşqabad görüşündən sonra əməkdaşlıq prosesi getdikcə artmaqdadır və bu proses gücləndirilməlidir.”

Suriyada terrorizmlə mübarizədə iki ölkə arasında uğurlu əməkdaşlıq tarixinə toxunan İran prezidenti bu əməkdaşlığı regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün əsas hesab edib və əlavə edib ki, Qərbi Asiya regionunda terrorla mübarizə apardıqlarını iddia edən ölkələr bununla bağlı heç bir təsirli addım atmadı, lakin terrorla mübarizədə ciddi əməkdaşlıq edərək bu sahədə səmimiyyət və ciddi əzmkarlıq nümayiş etdirən yalnız İran İslam Respublikası və Rusiya oldu.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO