İmam Xamenei Putinlə görüşündə: İranla Rusiyanın qarşılıqlı əməkdaşlığa ehtiyacı var

QafqazTimes xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ötən gün axşam (çərşənbə axşamı) Rusiya prezidenti Vladimir Putin və onun nümayəndə heyəti ilə görüşüb.

Bu görüşdə Həzrət Ayətullah Xamenei dünyada baş verən proseslərin İran və Rusiyanın artan və qarşılıqlı əməkdaşlığa ehtiyaclı olmasına dəlil olduğunu vurğulayaraq, əlavə edib: “İki ölkə arasında neft və qaz sektoru da daxil olmaqla bir çox sahələrdə anlaşma və razılaşmalar var ki, bunlara əməl olunmalıdır.”

O, xüsusilə Qərbin sanksiyaları fonunda İran və Rusiya arasında iqtisadi əməkdaşlığı zəruri və bunu hər iki ölkənin mənafeyinə uyğun hesab edərək, Ukrayna hadisələri ilə bağlı deyib: “Müharibə sərt və çətin bir məsələdir və İslam Respublikası dinc insanların buna düçar olmasına heç də şad deyil, amma Ukrayna məsələsində siz ilk olaraq addım atmasaydınız, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə səbəb olacaqdı.”

Qərblilərin güclü və müstəqil Rusiyaya tamamilə qarşı olduqlarını vurğulayan İmam Xamenei NATO-nu təhlükəli qurum adlandıraraq bildirib: “NATO-nun qarşısında yol açıq olsa, o, sərhəd tanımayacaq. Onun qarşısı Ukraynada alınmasaydı, bir müddət sonra Krımı bəhanə edərək bu müharibəni başlayacaqdılar.”

Həzrət Ayətullah Xamenei həmçinin qeyd edib: “Əlbəttə, bu gün Amerika və Qərb əvvəlkindən daha zəifdir və böyük zəhmət və xərclərə baxmayaraq, onların Suriya, İraq, Livan və Fələstin də daxil olmaqla bölgəmizdəki siyasətlərinin uğurları xeyli azalıb.”

İmam Xamenei Suriya məsələsini çox mühüm adlandırıb və İslam Respublikasının bu ölkəyə hər hansı hərbi hücuma qarşı olmasını bir daha vurğulayaraq deyib: “Suriya problemində digər mühüm məsələ Fəratın şərqində olan münbit və neftlə zəngin ərazilərin amerikalılar tərəfindən işğalıdır. Bu məsələ onların o bölgədən çıxarılması ilə həll edilməlidir.

İmam Xamenei həmçinin sionist rejimin regionun daxili işlərinə qarışmasını pisləyərək, Rusiya prezidentinin sionistlərə qarşı son mövqelərini yüksək qiymətləndirib.

O, daha sonra vurğulayıb: “İslam Respublikası heç vaxt İran və Ermənistan arasındakı sərhədin bağlanmasına səbəb olacaq siyasət və proqramlara dözməyəcək.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?