Türkiyə prezidenti Ərdoğan Tehrana səfər edib

QafqazTimes xəbər verir ki, çərşənbə axşamı səhər İran prezidenti Seyid İbrahim Rəisi tərəfindən Səd Abad Mədəniyyət Kompleksində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.

Bu qarşılanma mərasimi İran və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət olunub.

Ərdoğan dünən axşam saatlarında İran prezidenti Ayətullah Rəisinin iştirakı ilə İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak edib. Bu görüşdə İran-Türkiyə münasibətləri geniş şəkildə qiymətləndirilib və iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün ikitərəfli tədbirlər nəzərdən keçirilib.

Həmçinin İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə keçiriləcək Astana sülh prosesinin yeddinci sammitində iştirakı da Ərdoğanın Tehranla bağlı planlarından biridir.

Bu üçtərəfli görüşdə İbrahim Rəisi, Ərdoğan və Vladimir Putin Suriyadakı son hadisələri və terrorla mübarizəni müzakirə edəcəklər. Bu görüş çərçivəsində Ərdoğanın rusiyalı həmkarı ilə ikitərəfli görüşü də nəzərdə tutulub.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO