İran Silahlı Qüvvələrinin Türkiyədə ilk yanğın söndürmə əməliyyatı həyata keçirilib

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Müdafiə Nazirliyinin Havadan Yanğına Nəzarət və Kontrol Mərkəzinin rəhbəri Pilot Nuri Ali Ağa Türkiyənin cənubundakı Muğla şəhərində İran İslam Respublikası Silahlı Qüvvələrinin yanğınsöndürən təyyarəsinin iştirak etməsini və ilk dəfə unikal, tutumu 40 ton su ilə yanğın söndürmə əməliyyatının həyata keçirildiyini bildirib.

O, belə əlavə edib: “Bu gün, yanğın söndürmə əməliyyatları qrupumuz və 40 ton su tutumu olan gənc İran mütəxəssisləri tərəfindən hazırlanan yanğınsöndürmə təyyarəsi Muğla şəhərində əməliyyat keçirib.”

Müdafiə Nazirliyinin Havadan Yanğına Nəzarət və Kontrol Mərkəzinin rəisi regional küləklər nəticəsində yanğının artdığını və alovun digər bölgələrə yayıldığına işarə edərək deyib: “Qüvvələrin birgə fəaliyyəti ilə, ümid edirik ki, ertəsi gün bölgəyə daha iki vertolyotun gücünü əlavə edərək daha çox ərazinin söndürülməsinə və yanğının inkişafının qarşısını almağa kömək edə biləcəyik.”

O, bildirib ki, pilotlar və ixtisaslaşmış ekspedisiya qrupu inamla əməliyyat həyata keçirməkdədir. İran komandasının iştirakının keyfiyyəti onu qonşu ölkələrin digər ekspedisiya qruplarından fərqləndirir. Bu isə İranın fəxridir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!