Azərbaycan Respublikası müdafiə naziri erməni təxribatlarına görə orduya hazırlıq əmri verdi

Qafqaztimes xəbər verir ki, bazar ertəsi, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Kəlbəcər bölgəsində baş verən son hadisələri nəzərə alaraq, orduya Ermənistan sərhədində baş verə biləcək istənilən təxribatlara hazır olmağı göstəriş verib.

Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən rəsmi iclasda Ermənistanın sərhəd bölgələrindən edilən atəşlərə qarşılıq verməyi əmr edib.

Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazdığına görə, erməni qoşunları cümə axşamı günü atəşkəs sazişini yenidən pozaraq Azərbaycan Respublikasının Kəlbəcər bölgəsindəki mövqelərini atəşə tutub.

Bundan əlavə Naxçıvan Muxtar Respublikasındakı hərbi mövqelərimizin Ermənistan qüvvələri tərəfindən hədəf alındığı da xəbər verilib.

Azərbaycan Müdafiə Nazirliyi itkilər barədə məlumat verməyib və hücumlara qarşılıqlı cavab verildiyini bildirib.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…