Fələstin müqaviməti işğalçı rejimə yeni möhlət verdi

Qafqaztimes xəbər verir ki, ardıcıl dördüncü gündür ki, işğal altında olan Fələstinə yanar balonların göndərilməsi davam edir və sionist rejim yalnız bir dəfə buna cavab verib.Təl -Əviv Misir vasitəçisinə təzyiq göstərməyə davam edir və eyni zamanda əsirlərin dəyişdirilməsi barədə razılaşmanın birinci mərhələsinin icrası ilə bağlı Misir vasitəçisinin yeni təklifini nəzərdən keçirməkdədir.

Daha əvvəl Misir Qurban bayramına qədər müqavimət qruplarından sionist rejim üçün bir fürsət istəmiş və onların tələblərinin Qurban bayramına qədər yerinə yetiriləcəyinə söz vermişdi.

Əl-Əxbar qəzetinin məlumatına görə Həmas bu yaxınlarda mövcud vəziyyətdən narazı olduğunu misirlilərə bildirib. Həmas xəbərdarlıq edib ki, sionist rejimin Qəzza zolağına yeni şərtlər qoymağa çalışması, eyni zamanda əsirlərin mübadiləsini yubatması vəziyyəti tədricən yenidən gərginliyə və nəticədə yeni münaqişələrə gətirib çıxara bilər.

Bəzi mənbələr Əl-Əxbara bildirib ki, Fələstin müqaviməti sionist rejimə həftənin sonuna qədər tələblərə əməl edilməsə, Qəzza zolağının sionist rejimi ilə sərhədində yeni bir gərginlik dövrəsinin başlayacağı barədə xəbərdarlıq edib

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!