İmam Xamenei ölkənin cümə imamları ilə görüşüb

QafqazTimes xəbər verir ki, İslam İnqilabının Rəhbəri İmam Xamenei ötən gün səhər (27 iyul) ölkənin cümə imamları ilə görüşündə bildirib: “Cümə imamı İslam İnqilabının sözcüsüdür. Onun əsas vəzifələrindən biri İslam İnqilabının mahiyyətini və əsaslarını işıqlandırmaq, bildirilən iradları zamanın dili ilə cavablandırmaq və məntiqi sübutlarla izah etmək, həmçinin xalq kütləsi ilə bir ata kimi rəftar etməkdir.”

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində Əhli-beyt (ə) ilə əlaqədar olan əlamətdar günlərdən söz açdıqdan sonra cümə namazının əhəmiyyətli mövqeyindən danışıb. O, dini ayinlər arasında cümə namazının fərqli və özünəməxsus mövqeyə malik olduğunu vurğulayaraq deyib: “Allaha yönəlməklə xalq toplumu arasında bağlılıq”, “cəm şəklində Allahı yad etmək və bunun xeyir-bərəkətinin topluma nazil olması”, “cümə namazının hər həftə istisnasız olaraq təşkil olunması”, “cəmiyyətin müxtəlif məsələlərinə, o cümlədən, ideologiya və dünyagörüşünə dair məsələlər, ictimai xidmətlər, insanların qarşılıqlı yardımlaşması, hərbi sahədə vəhdət kimi məsələlərə aydınlıq gətirilməsi üçün mühüm bir tribuna”, “mənəviyyat ilə siyasətin vəhdəti” kimi məqamlar cümə namazının mühüm xüsusiyyətlərindəndir. Məhz bu xüsusiyyətlər cümə namazını böyük və özəl bir fürsətə çevirmişdir.”

İmam Xamenei daha sonra bildirib: “Görəsən, İslam Respublikasında cümə namazı öz uca və layiqli yerini tapa bilibmi? Belə görünür ki, müəyyən səhlənkarlıqlara yol verilib. Bu səhlənkarlıqların fəsadlarını aradan qaldırmağa ciddi şəkildə çalışmalıyıq. Bu məsələdə bəzi işlər şəxsən cümə imamlarının öhdəsinə düşür, bəzi işlər isə ümumi idarəçiliyinə aiddir.”

Həzrət Ayətullah Xamenei cümə imamlarının rəftarları və həyat tərzi barəsində danışarkən deyib: “Cümə imamları cümə namazı xütbələrində insanları təqvalı olmağa səslədikləri kimi, özləri də təqvaya yiyələnmək və əməl etmək üçün bütün imkanları ilə səy göstərməlidirlər. Çünki əgər belə etməsələr, onların sözləri əks nəticə verəcəkdir.”

O, “xalq kütləsi ilə bir ata kimi rəftar etməy”i cümə imamlarının rəftarlarında vacib məqamlardan biri olduğunu bildirərək deyib: “Cümə namazında müxtəlif təbəqələrdən olan və müxtəlif səviyyəli insanlar iştirak edirlər. Cümə imamlarının rəftarı atanın öz övladı ilə rətfarı kimi olmalıdır və o, hamını mənəviyyat və din süfrəsi başına əyləşdirməlidir.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…