İranın təhlükəsizlik naziri: Son aylarda sionist rejimə qarşı uğurlu əməliyyatlar həyata keçirdik

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Milli Təhlükəsizlik naziri İran İslam Şurasının sədri ilə Təhlükəsizlik Nazirliyinin bir qrup hüquqşünaslarının birgə iclasında çıxışı zamanı düşmənlərin, xüsusilə də sionist rejimin və terrorçu qrupların İslam Respublikasının təhlükəsizliyinə qarşı mənfur planlarına toxunaraq, İmam Zaman (ə) əsgərlərinin bu planların qarşısını almaqda əldə etdikləri təqdirəlayiq uğurlar haqqında hesabat təqdim edib.

Höccətül-islam vəl-müslimin Seyid İsmayıl Xətib, problemlərin həlli üçün Təhlükəsizlik Nazirliyinin səylərinə toxunaraq deyib: “Əgər bu gün düşmənin bütün səylərə baxmayaraq xalqın haqlı tələblərindən ölkənin təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə edə bilmədiyini müşahidə ediriksə, bunun səbəblərindən biri də Təhlükəsizlik Nazirliyinin və dövlətin xalqla qarşılıqlı münasibətidir. Məhz buna görə ölkədə sabit təhlükəsizlik mövcuddur.”

Təhlükəsizlik naziri bu nazirliyin digər mühüm vəzifəsinin terrorizmlə, sionist rejimlə və ölkəyə qarşı təxribat əməlləri ilə mübarizə hesab edərək, vurğulayıb: “Son aylarda sionist rejimin fitnələri ilə mübarizə aparmaqla yanaşı, biz bu rejimə qarşı bir sıra uğurlu əməliyyatlar da həyata keçirə bilmişik. Bu rejimə qarşı həyata keçirilən uğurlu əməliyyatların sayı İslam Respublikasının və İmam Zaman (ə) əsgərlərinin təhlükəsizlik qüdrətinin göstəricisidir.”

Bu görüşdə İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf Təhlükəsizlik Nazirliyinin ölkənin təhlükəsizliyində təsirli rol oynadığını, eyni zamanda İmam Zaman (ə) əsgərlərinin düşmənlərin planları ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Əgər hər hansı bir şəkildə təhlükəsizlik pozularsa, insanların həyatı məhv olar, istər mənəvi, istərsə də maddi cəhətdən. Xüsusilə böhranların mərkəzi olan bölgədə sabit təhlükəsizliyə xələl gələ bilər.”

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…