Bakıda qeyri-adi təmizlik: Nazirlik polisə müraciət etdi (Video izlə)

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindəki gölə və gölün ətrafına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov açıqlamasında göl və gölün ətrafının tullantılardan təmizləndiyini bildirib. Xidmət rəsmisi onu da qeyd edib ki, ərazinin nəzarətə götürülməsi, tullantıların qalaqlanması hallarının təkrarlanmaması və vaxtında zəruri tədbirlərin görülməsi məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinə, əraziyə zibil boşaldan nəqliyyat vasitələrinin müəyyən olunması üçün isə Bakı Şəhər Baş Polis və Sabunçu Rayon Polis idarələrinə müraciət olunub.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO