Hişam Əbu Həvaş koronovirusa yoluxub

QafqazTimes xəbər verir ki, Əl-Mənar telekanalının məlumatına görə, fələstinli əsir Hişam Əbu Həvaşın müalicə olunduğu işğal olunmuş ərazilərdəki sionist xəstəxanası onun koronavirusa yoluxduğunu açıqlayıb.

“Asaw Herwieh” xəstəxanası elan edib: “Əbu Həvaş koronovirusa yoluxub.”

Qeyd edək ki, Əbu Həvaş inzibati həbsinə etiraz olaraq 141 gün aclıq aksiyası keçirdikdən sonra nəhayət təxminən 12 gün əvvəl (Sionist hakimiyyət orqanları onun tələblərinə təslim olduqdan sonra) bu aksiyanı dayandırmışdır.

Fələstinli Əsirlər Komitəsi 2020-ci ilin aprelindən bəri İsrail həbsxanalarında koronavirusdan əziyyət çəkən fələstinli əsirlərin sayının 410-a çatdığını açıqlayıb.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…