Ərdoğan sionist rejimin prezidentinə başsağlığı verib

QafqazTimes xəbər verir ki, Türkiyə prezident aparatı cümə axşamı prezident Rəcəb Tayyib Ərdoğanın sionist həmkarı İshaq Hersoqa başsağlığı verdiyini açıqlayıb.

Türkiyə prezident aparatının məlumatına görə, Ərdoğan İshaq Hersoqun anasın vəfatı ilə bağlı ona başsağlığı verib.

Türkiyənin “İslam Analiz” saytı bununla bağlı yazıb ki, bu telefon danışığı Türkiyə ilə İsrail arasında münasibətləri normallaşdırmaq istiqamətində atılan addımdır.

Bynunla eyni zamanda BƏƏ-nin rəsmi xəbər agentliyinin (Wam) məlumatına görə dünən Əbu-Dabi vəliəhdi də İshaq Hersoqun anasının vəfatı ilə bağlı sionist rejimin başçısına başsağlığı verib.

BƏƏ-nin rəsmi xəbər agentliyin məlumatında bildirilir: “Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin baş komandanının müavini çərşənbə günü telefon danışığı ilə İsrail prezidenti İshaq Hersoqun anasının vəfatı ilə bağlı ona başsağlığı veriblər. Bu telefon danışığında Əlahəzrət Şeyx Məhəmməd prezident Herzoqa, onun ailəsinə və İsrail xalqına səmimi başsağlığı bildirib.”

Bundan əvvəl Türkiyə prezidenti İsrail prezidenti ilə telefon danışığında Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO