Həmas üzvləri Türkiyədən çıxarılacaq?

QafqazTimes xəbər verir ki, Türkiyənin “Sözçü” qəzeti bazar ertəsi İngiltərənin “The Times” qəzetinin İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə son səfəri ilə bağlı hesabatına istinadən yazıb: “İllər sonra Türkiyə ilə İsrail arasında soyuq münasibətlər normallaşmaya doğru gedir. Amma Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün İshaq Hersoq bu ölkədən qovulmalı olan Həmas üzvlərinin siyahısını ortaya qoyub. Bu arada ABŞ, Avropa Birliyi və Kanada kimi bəzi ölkələrin HƏMAS-ı terrorçu qruplar siyahısına əlavə etdiyi kimi, Türkiyənin də HƏMAS üzvlərinin ölkəyə daxil olmasına icazə verməyəcəyi barədə xəbərlər yayılıb.”

Yüksək rütbəli təhlükəsizlik mənbələri həmçinin “The Times” qəzetinə bildiriblər ki, son iki ayda işğal olunmuş ərazilərdə həyata keçirilən anti-sionist əməliyyatlarında çoxlu mühacir həlak olduqdan sonra İsrail kəşfiyyat xidməti qisas almaq üçün bəzi HƏMAS rəsmilərinə qarşı regionun müxtəlif ölkələrində sui-qəsd planı hazırlayıb.

Mənbə bölgədə artan gərginliyə işarə edərək əlavə edib: “İordan çayının qərb sahilində icra olunan əməliyyatlardakı əməliyyat iştirakçılarından ən azı biri HƏMAS ilə əlaqədə olub. İsrail HƏMAS-a bir mühüm xəbərdarlıq mesajı vermək niyyətindədir.”

Hesabatda həmçinin bildirilir ki, Təl-Əvivlə Ankara arasında məlumat mübadiləsinin olub-olmaması hələlik bəlli deyil.

Qeyd edək ki, Türkiyə ilə sionist rejim arasındakı münasibətlər onillik soyuqluqdan sonra bu rejimin başçısı İshaq Hersoqun səfəri ilə növbəti mərhələyə qədəm qoydu. Bundan əlavə hər iki tərəfin nazirlərinin yaxın aylarda qarşılıqlı səfərləri də planlaşdırılır.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Qətər nümayəndə heyəti Qəzzədə atəşkəs razılaşmasının davamı üçün Qahirəyə gedib

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik