Seyid Həsən Nəsrullah: Livan xalqı müqavimət silahlarına etiraz etmir

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Livanın cənubunda keçirilən Hizbullahın seçki kompaniyasında çıxışı zamanı deyib: “Sosial sorğulara görə, əksər insanlar əsas narahatlıqlarının yaşayış şəraitinə görə olduğunu bildiriblər. Onlar heç bir şəkildə müqavimət silahını Livan parlamentində gündəmə gətirməli olan ciddi narahatlıq və ya təcili problem kimi qeyd etməyiblər.

Livan Hizbullahının Baş Katibinin sözlərinə görə: Artıq bir neçə aydır ki, heç bir səlahiyyəti və səriştəsi olmayan insanların müqavimətin tərksilah edilməsi mövzusunun seçki kampaniyalarının əsas mövzusu edilməsi istiqamətində genişmiqyaslı və təxribat xarakterli hücumunun şahidi oluruq.

Seyid Həsən Nəsrullah əlavə edib: Müqaviməti tərksilah etmək istəyən bəzi insanlar hətta bir neçə gün əvvəl emosional bəyanatlarla Hizbullah və müttəfiqlərindən xilas olmaq üçün referendum keçirməyə çağırışlar da ediblər.

Hizbullah lideri həmçinin bildirib: “Bu şəxslər deyəsən 1948-ci ildə sionist işğalçı rejimin formalaşmasından sonra Cənubi Livanın hansı faciələrə məruz qaldığını bilmirlər və ya xatırlamaq istəmirlər!”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!