Sionist mediası Ağ Evin yeni sözçüsünü tənqid edib

QafqazTimes xəbər verir ki, “Əl-Ərəbi Əl-Cədid” saytının məlumatına görə, ABŞ-ın sağçı qəzeti “Mikor Rişon” ABŞ-ın ən böyük yəhudi lobbi qrupu olan AIPAC-ı və sionist rejimin Fələstinlilərə qarşı siyasətini tənqid etdiyinə görə Ağ Evin yeni sözçüsü Karin Jan-Piyeri tənqid edib.

Qəzet yazıb ki, 2019-cu ildə Newsweek-də dərc etdiyi məqalədə Jan-Piyer ABŞ prezidentliyinə namizədləri AIPAC-dan uzaq durmağa çağırıb və o, həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu da tənqid edib.

İbranidilli qəzet həmçinin yazıb ki, Jan-Piyer AIPAC-ı radikal irqçi bir təşkilat kimi təsvir edib və Demokrat partiyasından olan prezidentliyə namizədləri təşkilatın konfranslarını boykot etməyə təşviq edib.

“Mikor Rişon” qəzeti yazının davamında Jan-Piyerin öz sözündən sitat gətirərək yazıb: “Əslində nə AIPAC-ın yeritdiyi siyasət, nə də onun dəyərləri mütərəqqi deyil və artıq mövcud reallığı etiraf etməyin vaxtı çatıb.”

Bu sionist qəzeti həmçinin vurğulayıb ki, Ağ Evin yeni sözçüsü öz məqaləsində AIPAC-ın müsəlmanlara və ərəblərə qarşı irqçi mövqeyini və islamofob səylərini xüsusilə tənqid edib və Demokrat partiyasından olan prezidentliyə namizədlərə müraciət edərək deyib: “AIPAC kimi bir təşkilatla işləməyə davam etdiyiniz müddətcə, siz özünüzü mütərəqqi adlandıra bilməzsiniz.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil