Fransa Senatı idmanda hicabın qadağan edilməsinə səs verib

QafqazTimes xəbər verir ki, Fransa Senatı hicabdan istifadəni idmançıların təhlükəsizliyinə təhdid adlandıraraq, idman federasiyaları tərəfindən təşkil edilən tədbirlərdə və yarışlarda iştirak etmək üçün “dini simvollar”dan istifadəni qadağan edən qanun layihəsinə dəyişiklik edilməsinə səs verib!

Associated Press-in məlumatına görə, Fransa parlamenti 160 lehinə səslə “idmanda hicab geyinməyi” qadağan edən düzəlişi qəbul edib. Düzəliş Fransanın sağçı partiyası tərəfindən təklif edilib və səs çoxluğu ilə təsdiqlənib. Bu qadağanın 2024-cü il Paris Olimpiadasına şamil edilib-edilməyəcəyi bəlli deyil. Lakin bu baş verərsə, 2020-ci il Tokio Olimpiadasında medalların böyük bir qismini əldə edən müsəlmanlar tərəfindən baykot dalğası gözlənilir.

“Bu gün dini simvollardan istifadə ilə bağlı hüquqi qeyri-müəyyənlik var və hökumət qaydaları aydınlaşdırmalıdır”, – deyə dəyişiklikdə qeyd olunur.

Fransalı senatorlar bütün vətəndaşların dini vəzifələrini yerinə yetirməkdə sərbəst olduğunu bildiriblər və eyni zamanda iddia ediblər ki, hicaba qadağa qoyulmasa, bəzi dini simvolları təbliğ edən idman klublarının yaranmasının şahidi ola bilərik.

Fransa Futbol Federasiyası da daha əvvəl islamofob qərar çıxararaq, qadınların rəsmi oyunlarda hicab taxmasını qadağan etmişdi. Bu qərar dini etiqad azadlığının aşkar şəkildə pozulması səbəbindən etirazlara və tənqidlərə səbəb olmuşdu.

Fransa prezidenti Emmanuel Makron ölkədə baş verən son terror aktlarından sonra diqqətini İslam ekstremizminə qarşı mübarizəyə yönəltdiyini iddia edir. Lakin çoxları hesab edir ki, Fransa bu məsələdə həddindən artıq ifrat edir.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik