ABŞ pilotsuz təyyarəsinin Kabildə yaşayış evinə endirdiyi ölümcül zərbənin videosu

QafqazTimes xəbər verir ki, “The New York Times” qəzeti Kabildə bir evə pilotsuz təyyarə hücumunun videosunu yayımlayıb.

The New York Times videonu ABŞ Mərkəzi Komandanlığına qarşı şikayət yolu ilə əldə edib və sonra onu çərşənbə günü, yanvarın 20-də öz səhifəsində dərc edib.

The Guardian New York Times-a istinadən yazır ki, yeddisi uşaq olmaqla bir ailənin 10 üzvünün qətlə yetirilməsinə səbəb olan ABŞ pilotsuz təyyarəsinin yaşayış evinə hücumunun 25 dəqiqəlik videosu mövcuddur.

ABŞ rəsmiləri o zaman bildiriblər ki, İŞİD əməliyyatçıları qeyd edilən evdən yenidən Kabil hava limanına hücum etməyi planlaşdırırmışlar. Lakin sonradan Pentaqon bu hücumu “üzücü yanlışlıq” adlandırıb.

Yayılan videoda evin içərisində park edilmiş avtomobil və hücumdan sonra insanların hadisə yerinə toplaşdığı müşahidə olunur.

Hücum İŞİD-in Kabil hava limanındakı Baran düşərgəsinə hücumundan üç gün sonra baş verib. ABŞ o zaman İŞİD-in sığınacaqlarını hədəfə aldığını iddia etsə də, sonradan məlum olub ki, oranın İŞİD-lə heç bir əlaqəsi yoxdur və hadisənin qurbanları yeddisi uşaq olmaqla bir ailənin üzvləri olmuşlar.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı