Əfqanıstanın başçısı kimdir?

QafqazTimes.com Rian-a istinadən xəbər verir: Əfqanıstanda (İslam Əmirliyi) baş nazir vəzifəsini icra edən Məhəmməd Həsən Axund 1945-ci ildə (76 yaş) Qəndəhar əyalətinin Pəncvai rayonunda Pəşmul məntəqəsində doğulub. Qəndəhar Taliban hərəkatının vətənidir. O, Talibanın yaradıcısı Molla Ömərin yaxınlarındandır.  

Taliban terrorçu təşkilat kimi Rusiyada qadağandır. Bu təşkilat 1990-cı illərdə Əfqanıstanın böyük bir hissəsini nəzarətə götürmüşdü.

Məhəmməd Həsən Axund 1996-2001-ci illərdə Əfqanıstanın nəzarəti altında olan ərazidəki hakimiyyətin xarici işlər naziri, baş nazirinin müavini kimi təqdim edilmişdi. Taliban rejimi dövründə o Qəndəharın qubernatoru da olub.

Yeni baş nazir 2011-ciildə öldürülmüş Taliban lideri Molla Məhəmməd Ömərin siyasi müşaviri də olub.  Məhəmməd Həsən Axund  BMT-nin və ABŞ-ın sanksiya listindədir.

15 avqust 2021-ci ildə Kabilə daxil olan Taliban 7 sentyabrda müvəqqəti hökumətin tərkibini elan etmiş, Məhəmməd Həsən Axund baş nazir vəzifəsinin icraçısı təyin olunmuşdur.

Baş nazirin daha çox siyasi şəxs olduğu bildirilir. O bir neçə kitabın müəllifidir. Qəndəharda və bir müddət Pakistanda mədrəsə təhsili alıb. Qətərdə ABŞ-la 2 il davam edən müzakirələrdə Məhəmməd Həsən Axund iştirak etməyib. Onun baş nazir təyin edilməsi gözlənilməz olub.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil