Daha bir ölkədə dövlət qulluqçularına “TikTok”dan istifadə qadağan edildi

Daha bir ölkədə dövlət qulluqçularına iş telefonlarında Çinin “TikTok” proqramından istifadə etmək qadağan edilib. Söhbət Niderland krallığından gedir.

Bu barədə dövlət katibi Aleksandra van Haffelenin məktubunda deyilir.

Bildirilir ki, ölkə hökuməti “TikTok”la bağlı AIVD kəşfiyyat xidmətinin tövsiyələrinə əməl edir. Buna əsasən, qısa müddətdə dövlət işçilərinin hökumətdən aldıqları telefonlardan tətbiq silinəcək.

Məlumata görə, Niderlandda 140 min dövlət qulluqçusu var, lakin onlardan neçəsinin xidməti telefonlardan istifadə etdiyi tam aydın deyil.

Xatırladaq ki, ötən həftə Böyük Britaniya hökuməti də eyni addımı atmışdı. Yaxın vaxtlarda digər Avropa ölkələrinin də analoji qərar verəcəyi gözlənilir.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO