Ceyn Ostinin evi satışa çıxarılıb – FOTO

Məşhur ingilis yazıçısı Ceyn Ostinin Hempşirdəki mülkü “Knight Frank” daşınmaz əmlak agentliyi tərəfindən satılır.

Söhbət yazıçının doğulduğu və 19-cu əsrin əvvəllərində “Qürur və qərəz”, “Nortenger abbatlığı”, “Hiss və hissiyat” əsərlərini yazdığı evdən gedir.

Obyekt 20 hektardan çox sahədə yerləşir.

Evin içərisində bir neçə yataq otağı, böyük yemək otağı, qonaq otağı, kamin otağı və şərab anbarı var. Ərazidə tennis kortu, hovuz və albalı ağacları olan bağ da var. Tarixi mülk üçün 10,5 milyon dollar tələb olunur.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO