Bakı-Quba yolunda yenə avtomobillər toqquşdu (Video izlə)

Bakı-Quba yolunda yenə yol nəqliyyat qəzası baş verib. Qəzanın videogörüntüləri sosial şəbəkədə paylaşılıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qəza sözügedən yolun 96-cı km-də qeydə alınıb.

“Belə ki, BMW markalı 77-PX-673 dövlət nömrə nişanlı avtomobil ilə “Hyundai” markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib”.

Qeyd edək ki, bu yol son illər ərzində ölkədə ən çox qəza baş verən magistraldır.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO