Çin: ABŞ Suriya xalqının resurslarını açıq şəkildə talayır

QafqazTimes xəbər verir ki, Suriyanın Sana xəbər agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian mətbuat konfransı zamanı ABŞ qüvvələrinin Suriya neftinin oğurlanması ilə bağlı suala cavab olaraq bildirib ki, ABŞ hökuməti Suriyanın milli sərvətlərini və təbii resurslarını açıq şəkildə talayıb ələ keçirir. Bu məsələ, bu ölkədə humanitar böhranın daha da ağırlaşmasına səbəb olur.

O, əlavə edib ki, Suriya xalqı ABŞ-ın bu talanından, həmçinin bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiqindən əziyyət çəkir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ qüvvələrinin Suriyada törətdiyi cinayətlərə, o cümlədən 2016-2019-cu illər arasında İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə bu ölkəyə hərbi müdaxilə zamanı on minlərlə suriyalı dinc sakinin öldürülməsinə toxunaraq deyib: “ABŞ-ın hərbi təcavüzlərində biri Əl-Rəqqə şəhərinə hücumdur ki, təkcə bu təcavüz 1600 dinc sakinin ölümünə səbəb olub.”

Çin eyni zamanda Sincanda insan haqlarının vəziyyəti ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə qarşı çıxıb.

Çin Milli Konqresinin Xarici Əlaqələr Komitəsinin sözçüsü vurğulayıb ki, onun ölkəsi Avropa Parlamentinin siyasi hiyləsinə və insan haqları bəhanəsi ilə Çinin daxili işlərinə aşkar müdaxiləsinə qəti şəkildə qarşıdır.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib