İnsan alverçisi və Trampın yaxın dostu həbsxanada öldürüldü

QafqazTimes xəbər verir ki, Çelsi Manninq adlı amerikalı ifşaçı, azyaşlı qızların alverçisi və keçmiş ABŞ prezidentinin yaxın dostu Ceffrey Epsteinin həbsxanada öldürüldüyünü bildirib.

Sputnik agentliyinin yazdığına görə “WikiLeaks”-ə minlərlə həssas hərbi məlumatı təqdim edən Manninq deyib: “Bu, qətldir. Həbsxanada qətl belə olur və mən bunu bilirəm.”

Amerikalı ifşaçı həmçinin deyib: “Mən bunlardan bəzilərini kitabımda gətirmişəm. Həbsxanada kimdənsə yaxa qurtarmaq istəyirsənsə bunu belə et.”

Epstein 6 iyul 2019-cu ildə ABŞ Federal Polisi tərəfindən insan alveri, habelə yetkinlik yaşına çatmayan qızların cinsi istismara məruz qalması üçün böyük şəbəkə yaratmaq ittihamı ilə həbs edilib. İntihar edəndən sonra onun məhkəməsi dayandırılsa da, Epsteini məhkəmə davam edəcəyi təqdirdə 45 ilə qədər həbs cəzası gözləyirdi.

Trampın yaxın dostu olan 60 yaşlı Epsteinin ölüm səhnəsi onun Manhetten həbsxanasındakı kamerasında özünü asdığını deməyə əsas verir.

Bununla belə, Nyu Yorkdakı keçmiş baş məhkəmə ekspertçisi Dr.Michael Baden vurğulayıb ki, Epsteinin bədənindəki xəsarətlər onun ölümünün intihardan daha çox qətlə bənzədiyini göstərir.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…