İmam Xamenei: ABŞ-a qalib gəlməyin yeganə yolu müqavimətdir

QafqazTimes xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ötən gün axşam (şənbə) Venesuela prezidenti Nikolas Maduro və onu müşayiət edən heyətlə keçirilən görüşdə İran və Venesuelanın ağır təzyiqlərə müqaviməti və ABŞ-ın çoxtərəfli müharibəsinə toxunaraq vurğulayıb: “İki ölkənin uğurlu təcrübəsi göstərdi ki, bu təzyiqlərlə mübarizə aparmağın yolu müqavimətdir.”

İslam İnqilabının Rəhbəri Venesuela hökuməti və xalqının ABŞ-a qarşı ağır mübarizədə və Venesuelaya qarşı aparılan hərtərəfli və əhatəli müharibədə qələbə qazanmasına toxunaraq, Maduroya müraciətlə deyib: “Zati-aliləri və Venesuela xalqının müqaviməti təqdirəlayiqdir. Çünki bu, bir millətin, ölkənin və onun liderlərinin ləyaqətini və məqamını uca edir. Bu gün Amerikanın Venesuelaya baxışı artıq keçmişdəkindən fərqlidir.”

İmam Xamenei həmçinin İran İslam Respublikasının son illərdəki elmi-texniki tərəqqi və nailiyyətlərinə toxunaraq əlavə edib: “Bu böyük addımlar İran xalqına qarşı ən ağır və misli görünməmiş sanksiyalar və təzyiqlərin tətbiq olunduğu bir şəraitdə atılıb. Amerikalılar özləri bunu “maksimum təzyiq” adlandırırdılar.”

O, vurğulayıb ki, İran xalqının müqaviməti “maksimum təzyiq” siyasətinin iflasa uğramasına gətirib çıxarıb və beləliklə, ABŞ-ın aparıcı siyasi məmurlarından biri bu yaxınlarda bunun barəsində “rüsvayçı məğlubiyyət” ifadəsini işlətdi.

İslam İnqilabının Rəhbəri həmçinin vurğulayıb: “İran və Venesuela xalqlarının müqaviməti və uğurundan çıxarıla biləcək nəticə budur ki, təzyiqlərin müqabilində yeganə yol dayanmaq və müqavimət göstərməkdir, eyni zamanda İslam Respublikası və Venesuela hökuməti arasında əlaqələr daha güclü olmalı və əvvəlkindən daha yaxın olmalıdır.”

Həzrət Ayətullah Xamenei həmçinin İran və Venesuela arasında 20 illik əməkdaşlıq sənədinin imzalanmasını müsbət qarşılayaraq deyib: “Uzunmüddətli əməkdaşlıqların əsas tələbləri razılaşmaların həyata keçirilməsi və onların ərsəyə gətirilməsidir.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?