Bayden: “Alişir bizim uşaqdır!!”

QafqazTimes.com Polit-ə istinadən xəbər verir: ABŞ Maliyyə Nazirliyi Rusiya milyarderlərinə qarşı sanksiyalarında istisnalar nəzərdə tutub. Almaniyada lyuks qayığı müsadirə edilən özbək əsilli Rusiya bisnesmeni Alişir Usmanov “Amerikanın adamı” imiş. ABŞ hökuməti xüsusi sərəncamla Alişir Usmanova qarşı sanksiyaları ləğv edib. Amerikanın bu qərarından sonra Almaniya müsadirə qərarını təkzib edib. Amerika nəinki Alişir, hətta Alişirin 50% şərik olduğu bütün kompaniyalara toxunmamaq qərarına gəlib.

Alişir Usmanov Forbesin 2016-cı il reytinqinə görə Rusiyanın 200 ən varlı adamından biridir. Usmanov kriminal şəxs kimi tanınır. Britaniyanın Özbəkistandakı səfiri Kreyq Myurer onun mafioz fiqur olduğunu deyir. Usmanov 1980-ci ildə Özbəkistanda fırıldaqçılıq ittihamı ilə həbs edilib, 1986-cı ildə bəraət alıb. Bu şəxs 2014-cü ildə Obamanın Rusiya  biznesmenlərinə qarşı sanksiya siyahısına da düşməyib. Amerikanın Bloomberg Markets nəşriyyəsi Usmanovu dünyanın ən nüfuzlu biznesmenlərindən biri kimi qeyd edib.  Alişir 2015-ci ildə Rusiya futboluna 1 mlrd rubl hədiyyə edib. Onun belə “hədiyyələri” kifayət qədərdir.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı