Rüşvətxor məmurların pulu müsadirə olunur!

QafqazTimes.com Vesti-ə istinadən xəbər verir: Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Sərəncama əsasən korrupsiyalaşmış məmurların bank hesablarındakı qanunsuz əldə olunmuş pul müsadirə ediləcək. Məmurun, onun arvadı və uşaqlarının hesabındakı pul deklorasiyada göstərilən məbləğdən çox olarsa, dərhal müsadirə ediləcək. Məmur müsadirə edilmiş pulu qanuni yolla əldə etdiyini sübut edə bilməsə, həmin məbləğ dövlət büdcəsinə köçürüləcək. Qanunda prokurorluq üçün yoxlama təlimatı verilir. Prokuror şübhəli şəxsdən izahat alacaq, sorğular göndərəcək. Nəzarət idarələrinin sorğularını aidiyyatı orqanlar cavablandırmalıdır.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib