Azərbaycan konsulluğu raketlə vuruldu

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası raket hücumuna məruz qalıb.

Hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib.

Hadisə zamanı binada konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb.

Ukrayna tərəfi raketin Rusiya hərbçiləri tərəfindən atıldığını iddia edib.

Rusiya isə bunu təsdiq etməyib.

Related posts

ABŞ-ın əsil siması

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir