Bağdad bir daha xarici qüvvələrin İraqı tərk etməsinin vacibliyini vurğuladı

Qafqaztimes xəbər verir ki, İraq mənbələri bazar ertəsi, axşam ölkənin milli təhlükəsizlik müşaviri Qasim əl-Ərəcinin Kanadanın Bağdaddakı səfiri Ulrik Şannonla xarici qoşunların İraqdan çıxarılması barədə danışıq apardığını bildirmişlər.

“Dəclə” xəbər saytının verdiyi məlumata görə, İraq Milli Təhlükəsizlik Məsləhətçisinin ofisi bəyanat vermişdir ki, Qasim əl-Ərəci bazar ertəsi öz ofisində Kanada səfiri ilə görüşmüş və razılaşdırılmış bir cədvəl əsasında Beynəlxalq Koalisiyanın İraqdan çəkilməsinin vacibliyini vurğulamışdır.

Bəyanatda həmçinin, “Kanada bu mövzuya əhəmiyyət verən Beynəlxalq Koalisiyanın üzvüdür” deyə qeyd olunmuşdur. Bəyanatda bildirilir ki, Əl-Əraci Kanada səfiri ilə bölgədəki son siyasi və təhlükəsizlik məsələlərini və həmçinin Bağdad ilə Ottava arasındakı ikitərəfli əlaqələrin inkişafını da müzakirə etmişlər.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO