Ərəb Birliyi Yəməndə təcili atəşkəs çağırışı etdi

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Yəməndəki nümayəndəsi Martin Qriffits, Ərəb Birliyinin baş katibi Əhməd Əbu əl-Qeyz ilə görüşüb.

Ərəb Birliyi Katibliyinin bir rəsmisi, Qriffitsin Yəməndəki mövcud vəziyyətlə əlaqədar fikirlərini açıqladığını söyləyib.

“Əl-Yavm Əs-Sabe” saytının verdiyi məlumata görə, Əbu əl-Qeyz və Qriffits bu görüş zamanı siyasi həll yolunda ilk addımın Yəməndə dərhal atəşkəsin elan olunması olduğunu və bunun Yəmən xalqının bu ölkədəkəki humanitar böhranını azaldacağını vurğulamışlar.

Ərəb Birliyinin Baş katibi, həmçinin müstəqil və suveren Yəmənin qorunmasının ölkədəki hərbi münaqişələrin həllində əsas element olduğunu vurğulayıb.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…