Netanyahu təcili hərbi iclas çağırdı

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu, Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrinə bir sıra raket hücumlarının yaratdığı gərginliyi aradan qaldırmaq üçün şənbə günü təcili iclas çağırıb.

Bu görüş Müdafiə Nazirliyində baş tutub və Baş Qərargah rəisi Aviv Koxavi, Müdafiə naziri Beni Qantz, təhlükəsizlik naziri Amir Ohana, “Şin Bet”-in rəisi və başqaları da daxil olmaqla rejimin hərbi rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu iclas işğalçı rejimlə Qəzza arasındakı son gərginlik səbəbi ilə Aviv Koxavinin ABŞ-a səfərinin təxirə salındığı elan edildikdən bir neçə saat sonra baş verib.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…