Avstraliya parlamentində ilk hicablı qadın

QafqazTimes xəbər verir ki, bazar ertəsi (20 iyun) Avstraliya mediası Əfqanıstandan olan ilk müsəlman qadın olan Fatimə Peymanın hicabla bu ölkənin senatına daxil olduğunu bildirib.

Əfqan qadın Leyboristlər Partiyası adından Avstraliya Senatına daxil ola bilib.

27 yaşlı Peyman Əfqanıstanda anadan olub və 2003-cü ildə ailəsi ilə birlikdə Avstraliyaya mühacirət edib.

Avstraliyanın baş naziri Entoni Albani onu Senata gəlməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Avstraliya son illərdə immiqrantlara qarşı sərt mövqe nümayiş etdirir və miqrantlar illərdir ölkə xaricindəki adalarda ağır şəraitdə saxlanılır.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO