Fələstinli əsirin həyat yoldaşı: Avavadə qəfil ölüm təhlükəsi ilə üz-üzədir

QafqazTimes xəbər verir ki, müvəqqəti sionist rejiminin həbsxanasında 109-cu gündür ki, aclıq aksiyası keçirən fələstinli məhbus Xəlil Avavadənin həyat yoldaşı israrla bildirib ki, aclıq aksiyası zamanı məhbusla görüşməyib.

Fələstinli məhbusun həyat yoldaşı Fars Xəbər Agentliyinə Avavadə ilə heç bir əlaqəsinin olmadığını açıqlayaraq deyib: “O, səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb, lakin İsrail hələ də onun inzibati həbsinə son qoyulması və azad edilməsi ilə bağlı ədalətli tələblərinə cavab verməyib.”

O, məhbusun fiziki vəziyyətindən ciddi narahatlığını ifadə edərək deyib: “Təbii ki, onun həyatı ilə bağlı çoxlu narahatlıqlar var. Xüsusən də vəkili vasitəsilə göndərdiyi məktubda yazıb ki, mən vəsiyyətimi yazmaq istəyirəm, amma sizin ruhiyyənizdən qorxuram. Bu o deməkdir ki, Xəlil ölümü gözünün qabağında görür.”

Avavadənin həyat yoldaşı Allahın köməyi ilə qələbəyə inandığını vurğulayaraq deyib: “Fələstin müqavimətinə, beynəlxalq təşkilatlara və insan haqları təşkilatlarına mesajımız məsuliyyətlərini qəbul etmələri və ən sərt yollarla onun azad edilməsi üçün rejimə təzyiq göstərmələridir. Xəlilin hər an infarkt və ani ölüm riski var. İstəyirik ki, Xəlil altı aydır onu gözləyən dörd qızı ilə aramızda olsun.”

Bu baxımdan, Fələstin müqavimət qrupları ötən həftənin bazar ertəsi aclıq aksiyası keçirən məhbusların həyatlarına görə bütün məsuliyyətin işğalçı rejimin üzərində olduğunu bildirərək, sionistləri açıq aşkar qarşıdurmayla təhdid etmişlər.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?