Amerika yəhudiləri Netanyahunu biabır etdi

Amerikada yaşayan yəhudi tələbə və universitet müəllimlərinin də Qəzzə xalqına dəstək aksiyalarında iştirak etməsi sionist rejim baş nazirini şoka salıb.

Əl Aləm telekanalının məlumatına əsasən, adlarının naməlum qalmasını istəyən Amerika universitetlərində təhsil alan və tədrislə məşğul olan yəhudilərin verdiyi müsahibələr sionist rejimin cinayətlərini bir daha sübut edir.

Zak adı ilə özünü tanıdan bir tələbə deyir: Miçiqan universitetində təhsil alıram və Fələstinə dəstək məqsədilə etirazçılara qoşulub İsrail rejiminin Qəzzədə törətdiklərinə çox narahatam.

Coy adlı yəhudi tələbə deyir: Biz buraya İsrail rejimi ilə bütün elmi əlaqələrin kəsilməsi tələbi ilə yığışmışıq, amma Qəzzədə dərhal atəşkəsi də istəyirik.

Sara adlı bir tələbə yəhudi olması ilə fəxr etdiyini, lakin bütün dini nümayəndələrlə sülh-saziş şəraitində yaşamaq istəyini vurğulayaraq deyib: Qəzzə müharibəsinin bir cinayət olduğunu gizlətmək olmaz. Amma biz buna etiraz etdiyimiz üçün 107 tələbə ilə birlikdə həbs edildik.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı