ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib

İnformasiya qaynaqları Amerikada Fələstinə dəstək məqsədilə keçirilən aksiyalarda yüzlərlə tələbənin həbsindən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Texas ştatında dünən gecə yüzlərlə tələbə sionist rejimin Qəzzədə cinayətləri və ABŞ dövlətinin qəsbkar rejimə dəstəklərinə etiraz olaraq aksiyalara qoşulublar. Nəticədə polisin etirazları yatırmaq məqsədli qarşıdurmasına onlarla tələbə həbs edilib.

Texasın Oustin Universitetində də polislə aksiyaçılar arasında qarşıdurma baş verdiyi elan edilib.

Əl Cəzirə telekanalının məlumatına görə Kaliforniya Ervine və Kaliforniya Riverside universitetlərində də aksiyaçıların artdığı müşahidə olunub.

Nyu York Kolumbiya universitetinin müəllim heyəti Fələstinlə həmrəylik məqsədi ilə zəncirvari aksiya təşkil ediblər.

Xatırladaq ki, bir neçə həftədir Amerika ali təhslil mərkəzlərinin tələbə və müəllim heyəti Qəzzəyə dəstək məqsədilə aksiyalar keçirir.

Tələbələr universitet rəhbərliyinin onları dərslərdən uzaqlaşdırdığını bildirib.

Bununla belə 20-dən çox universitet şəhərciyində etiraz aksiyaları davam etdirilir..

Bundan əvvəl Nyu-Yorkdakı Kolumbiya Universitetinin rəhbərliyi Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin fəaliyyətini dayandırıb.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

1 şərh

bokep May 2, 2024 - 3:54 axşam

Whats up are using WordPress for your blog platform? I’m new to the blog world but I’m trying to get started and create my own. Do you need any html coding knowledge to make your own blog?
Any help would be greatly appreciated!

Add Comment