Yaponiya çempionatında qəribə hadisə: Ayaöı gipsdə meydana çıxdı – FOTO

Aprelin 27-də “Yokohama F.Marinos” və “Serezo” komandaları arasında Yaponiya çempionatının onuncu tur oyunu keçirilib (2:2).

Qarşılaşma başlamazdan əvvəl komandalarla birlikdə sağ ayağı gipsdə olan yarıçılpaq kişi meydançaya çıxıb.

Məlum olub ki, bu, uşaqlar üçün maarifləndirici videoları ilə tanınan yapon komediyaçısı Yoşio Kojimadır. O, hakimləri, futbolçuları, azarkeşləri salamlayaraq meydanı tərk edib.

Qeyd edək ki, “Serezo” Yaponiya çempionatının lideridir. Komanda on görüşdən 19 xal toplayıb.

Related posts

Rusiyada yarış avtomobili tamaşaçılara çırpıldı – VİDEO

“Qalatasaray” rəsmiləri “Fənərbağça”nın bayrağını almağa çalışdılar, döyüldülər – VİDEO

Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər – FOTO