ABŞ-da bir xəstəxananın qarşısında Sionist rejimlə əməkdaşlığa etiraz olaraq mitinq keçirilib

Qafqaztimes xəbər verir ki, cümə axşamı Florida ştatının Tampa şəhərindəki xəstəxananın qarşısında toplanan onlarla adam, xəstəxana rəsmilərinin sionist rejim şirkətləri ilə əməkdaşlığına etiraz ediblər.

Rəy Əl-Yovm veb saytına görə, xəstəxananın rəhbərliyi ötən ay yeddi sionist şirkətilə əməkdaşlıq müqavilələri imzalayıb. Mitinq zamanı etirazçılar əllərində sionist rejimin işğalçı bir qüvvə olaraq üzərinə düşən vəzifəni yerinə yetirmədiyini, işğalı altında olan insanları tibbi ləvazimatlarla təmin etmədiyi və eyni zamanda sağlamlıq və xəstəxana infrastrukturlarını bombaladığını bildirən plakatlar tutublar.

Onlar mətbuata verdiyi açıqlamada sionist rejimin öz cinayətlərini ABŞ hökumətinin və İsraillə əməkdaşlıq edən şirkətlərin maliyyə və siyasi dəstəyi ilə törətdiyini söyləmişlər.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib