Əl-Kazimi fövqəladə iclasda İraq təhlükəsizlik və kəşfiyyat qüvvələrinə hazırlıq əmri verdi

Qafqaztimes xəbər verir ki, Əl-Sumariyə telekanalının məlumatına görə, İraq Baş naziri Mustafa Əl-Kazimi cümə günü elektrik dirəklərini qorumaq üçün yeni bir təhlükəsizlik planına ehtiyac olduğunu vurğulayaraq, təhlükəsizlik, hərbi və kəşfiyyat qüvvələrinə səfərbər olmalarını göstəriş vermişdir.

İraq Baş Nazirliyi bu barədə bildirib: “Bu gün Əl-Kaziminin başçılığı, təhlükəsizlik və kəşfiyyat komandirlərinin iştirakı ilə elektrik dirəklərinin hədəfə alınması ilə əlaqədar fövqəladə iclas keçirildi. İclasda elektrik qüllələrinə təxribat və terror halları araşdırıldı və təhlükəsizlik planlarının yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulandı.”

İraq Baş naziri, xüsusilə elektrik kəsilməsinin vətəndaşlara böyük təsiri olduğuna görə bu halların qarşısını almaq üçün təhlükəsizlik və kəşfiyyat komandirləri tərəfindən elektrik dirəklərinin mühafizəsi istiqamətində yeni bir plan hazırlanmalı olduğunu vurğulayıb.

Əl-Kazimi təhlükəsizlik, ordu və kəşfiyyat qüvvələrinə elektrik dirəklərinin mühafizəsinin təmini ilə yanaşı Məhərrəm ayı zəvvarlarının və erkən seçkilərin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik planı barədə xüsusi göstəriş verib.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib