UNICEF: 11,3 milyon yəmənli uşaq humanitar yardıma ehtiyaclıdır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Yəməndə 11,3 milyon uşağın humanitar yardıma möhtac olduğunu bildirib.

Qafqaztimes Rusia Today-ə istinadən xəbər verir ki, UNICEF son hesabatında, Yəmənin qanlı münaqişə illərində dünyanın ən böyük humanitar böhranından əziyyət çəkən ölkə olduğunu, 20.7 milyon insanın, başqa sözlə əhalisinin təxminən 71 faizinin yardıma ehtiyaclı olduğunu söyləyib.

Bundan əlavə bu təşkilat iyul ayının əvvəlində altı milyondan çox yəmənli uşağın təhsilinin təhlükə altında olduğunu və təhsildən məhrum olma təhlükəsi ilə üzləşdiyini xəbərdarlıq edib. Hazırda məktəbli yaşında olan 2 milyon uşaq təhsildən məhrum olub.

Təşkilat daha əvvəl bəyan etmişdi ki, ölkədəki müharibə səbəbindən 8,1 milyon uşaq təhsillə bağlı fövqəladə ehtiyaca malikdirlər və bu göstərici müharibədən əvvəlki vəziyyətdən (1,1 milyon uşaq) ciddi şəkildə fərqlənir.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO