Ağ Evin mətbuat katibi və Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru prezident Co Baydenin İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığından bilafasilə sonra deyib: İsrail öz siyasətlərində dəyişiklik etməzsə, biz yanaşmalarımızı dəyişəcəyik.
İRNA-nın məlumatına əsasən, Con Kirbi dünən axşam (4 aprel) İsrail-Vaşinqton telefon söhbətindən sonra keçirdyi brifinqdə deyib: Mən qarşıya çıxan hər hansı potensial siyasi qərarları nəzərdən keçirmək fikrində deyiləm. Bizim görmək istədiyimiz İsrail tərəfindən bəzi real dəyişikliklərdir. Əgər biz onların tərəfində dəyişiklik görmürüksə, bizim tərəfimizdən də dəyişikliklər olmamalıdır. Amma biz məsələyə yanaşmamızı dəyişə bilərik.