Ağ Evin 10 hüquqşunası Nümayəndələr Palatasında Respublikaçılar Demokratların lideri, Prezident Co Baydenin impinçmentinə hazırlaşır.
Fars İnfromasiya Agentliyinin NBC kanalına istinadən məlumatına əsasən, Ağ Evdə Respublikaçılara cavab tədbirləri hazırlamaq üçün hüquqşünaslardan və muzdlu rabitəçilərdən ibarət xüsusi şöbə yaradılıb.
Planlarla tanış olan 10 hüquqşünas səylərin Nümayəndələr Palatasında Respublikaçıların rəhbərlik etdiyi araşdırmaya cavab olaraq Ağ Evin hüquq məsləhətçisinin ofisində aylar ərzində formalaşdığını söyləyib.
Baydenin köməkçiləri və tərəfdarları deyirlər ki, onlar qətiyyətlə impiçment araşdırmasına qarşı çıxmağa və onu Respublikaçılar Partiyasının xaosa meylli olduğunu nümayiş etdirən əsassız partiya saxtakarlığı kimi təqdim etməyə hazırlaşırlar.
Məlumatda həmçinin deyilir: Nümayəndələr Palatasındakı Respublikaçılar araşdırmalarını Baydenin oğlu Hunter Baydenin xaricdəki biznes əməliyyatlarının bir hissəsi olaraq iddia edilən cinayət fəaliyyətlərinə yönəldəcəklərini söyləyıb.
O, həmçinin Co Baydenin vitse-prezident olduğu müddətdə oğlunu varlandırmağa kömək etmək üçün rüşvətxorluq, korrupsiya ilə məşğul olması və ya səlahiyyətindən başqa şəkildə sui-istifadə etməsi ilə bağlı hələ sübut olunmamış iddiaları araşdıracaq. Bununla belə, hətta Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı bəzi nümayəndələri də etiraf ediblər ki, onlarda prezidentin qanunsuz hərəkətləri ilə bağlı heç bir sübut yoxdur.